uzor
H ayat Palace – ən yüksək həyat standartlarına cavab verən, italyan üslublu elementlərlə, müasir Azərbaycan memarlığının mücəssəməsi olan Premium klass səviyyəli bənzərsiz və möhtəşəm yaşayış kompleksidir. Hazırkı layihəni, haqlı olaraq, italyan barokko elementlərindən ibarət olan müasir yaşayış kompleksinin ən parlaq nümunələrindən biri hesab etmək olar. Fasadlar təbii materialların fakturasını üzə çıxaran daş üzərində zərif oyma işləriylə bəzədilmişdir. Panoramlı şüşəbəndlər mənzilləri işıq və havayla doldurur, möhtəşəm naxışlar isə fasadı günəş şüalarının şux oyunuyla daha da canlandırır. Binanın fasadını İntibah dövrünə xas olan sütunlar, açıq rənglər, işləmələr bəzəyir. Təbii materiallarla üslubun harmoniyasından ibarət olan layihə bizi, bir anlıq sanki, Bakı memarlığının qızıl çağına qaytararaq, qarşımızda ümumavropa mədəniyyətinin ayrılmaz parçasını canlandırır. Layihədə daxili ərazinin yaşıllığına xüsusi əhəmiyyət verilmişdir. Kompleksə italyan üslublu, istirahət guşəsi olan möhtəşəm həyət daxildir. Hayat Palace yaşayış kompleksi bütün xırdalıqlarıyla düşünülərək, ən tələbkar müştərilər üçün hazırlanmışdır. Burada yaşayacağınız hər gün unudulmaz və bənzərsiz anlarla yadda qalacaq. Gözəllik, rahatlıq və özəllik Hayat Palace yaşayış kompleksinin əsas meyarlarından biridir.
uzor
  • Cəmi 70 mənzil
  • 5 blok, mənzillərə açılan 20 lift
  • Hər mərtəbənin hər blokunda cəmi bir mənzil mövcuddur
  • Hündür tavanlar – 4,2 m
  • Yelçəkən mənzillər
  • İtalyan barokko üslublu fasadlar
  • İtalyansayağı iç həyət
  • İki mərtəbəli parking
  • Hər mənzil üçün iki parking yeri
  • Beş ulduzlu otel servisi
  • Rezidentlər üçün fitness klub və SPA zonası
  • 25-metrlik olimpik üzmə hovuzu
  • Şəhərin prestijli rayonu
  • Park zonası
  • İnkişaf etmiş sosial-məişət infrastrukturu
  • MÜHƏNDISLIK
    Hayat Palace 10 mərtəbəli, 5 bloklu, italyan palazzo üslubunda layihə edilmiş yaşayış kompleksidir. Binaya 10 eksklüziv ikimərtəbəli penthausdan ibarət olan 70 mənzil daxildir.
    BƏZƏDİLMƏ
    Tikintidə müasir texnologiyalarla yanaşı, yerli və xarici istehsalçıların yüksək keyfiyyətli material və avadanlıqlarından istifadə olunmuşdur.Fasadın qeyri-adi üslubu, rəng çalarları binanı, sanki, rahatlıq və xoş atmosferlə dolduraraq, onun neoklassisizm üslubuna xas olan zadəgan təmtərağını üzə çıxarır.
    PƏNCƏRƏLƏR. ŞÜŞƏBƏND
    Kompleksdəki bütün pəncərələr panoramlıdır. Şüşəbəndlər yüksək keyfiyyəti və estetikası ilə seçilir. Pəncərə profilləri möhkəm ağac növlərindən hazırlanaraq, qıraqdan qoruyucu aluminium profiliylə tamamlanmışdır.
    LİFTLƏR
    Yaşayış kompleksi kabinləri individual dizayn üzrə bəzədilmiş 20 müasir, səssiz işləyən liftlə təchiz olunmuşdur. 5 blokun hər biri mənzilə açılan iki liftlə təchiz olunmuşdur. Liftlər yeraltı parkinqdən işə başlayır.
    PARKİNQ
    İkimərtəbəli parkinq nəzarət sistemi və videomüşahidə ilə təchiz olunmuşdur. Parkinqə hər 5 blokun mərtəbələrinə işləyən liftlə düşə bilərsiniz.
    KOMMUNİKASİYA
    Kompleks rəqəmsal kabel televiziyası, yüksəksürətli internet və telefon xətti ilə təchiz olunacaq.
    HAVALANDIRMA VƏ KONDİSİONERLƏŞMƏ, İSTİLİK SİSTEMİ.
    Kompleksdəki mənzillərin havasınının təmizliyini kondisionerləşmə, daxili-xarici havalandırma sistemi təmin edir. Müasir istilik sistemləri sayəsində mənzillərdə istənilən temperatur rejimini seçmək mümkündür.
    YANĞINDAN QORUMA
    Müasir yanğından mühafizə sisteminə tüstüdən qoruma, yanğın xəbərdarlığı, avtomatik həyəcan siqnalı və yanğınsöndürmə daxildir. Bütün kompleks daxili və xarici yanğın əleyhinə su boru xəttiylə təchiz olunmuşdur.
    VİDEOMÜŞAHİDƏ SİSTEMİ
    Sakinlərin təhlükəsizliyi üçün binanın bütün perimetri üzrə, yeraltı parkinqdə və ümumişlək yerlərdə videomüşahidə sistemi fəaliyyət göstərəcək.
    uzor
    H ayat Palace — parametrlər uyğunluğudur: nüfuzlu rayon, park zonasında yerləşmə,

    sərbəst planlaşdırma ideyası, yelçəkən mənzillər, hündür tavanlar, 4,2 м, vahid memarlıq tərzində fasad,

    - bütün bunlar gündəlik həyatınıza rahatlıq qatır. Binanın xarici görünüşündə XX əsrin tarixi başlanğıcı olan modern və neoklassisizm üslubunun vəhdəti nəzərə çarpır. Fasadın bəzək işlərində təbii daşlardan istifadə olunması kompleksin forma və detallarına xüsusi möhtəşəm görünüş qazandırır.
    08
    07
    06
    05
    uzor
    H ayat Palace — parametrlər uyğunluğudur: nüfuzlu rayon, park zonasında yerləşmə, sərbəst planlaşdırma ideyası, yelçəkən mənzillər, hündür tavanlar, 4,2 м, vahid memarlıq tərzində fasad, - bütün bunlar gündəlik həyatınıza rahatlıq qatır. Binanın xarici görünüşündə XX əsrin tarixi başlanğıcı olan modern və neoklassisizm üslubunun vəhdəti nəzərə çarpır.

    Fasadın bəzək işlərində təbii daşlardan istifadə olunması kompleksin forma və detallarına xüsusi möhtəşəm görünüş qazandırır. Hayat Palace yaşayış kompleksinin binalarının bütün pəncərələri fransızsayağı eyvanlı və panoramlıdır. Fransız eyvanlarının işləməli dəmirlikləri binaya yüngüllük və xəfiflik qazandırır.

    Mənzillərdəki panoramlı pəncərələr sayəsində şəhərə və məşhur İzmir prospektinə möhtəşəm mənzərə açılır. Yaşayış kompleksinin memarlıq konsepsiyası yaşayış və istirahət üçün bənzərsiz bir məkan yaradır. Rezidentlər üçün nəzərdə tutulan, italyansayağı iç həyətə çıxışı olan resepşen və launj zonanın təmtəraqlı dizaynı məkanda xoş bir atmosfer yaradır. İtalyansayağı həyətin gözəl və rahat dizaynı buranı dincəlmək üçün əla bir məkana çevirir:

    Landşaft dizaynı, yaşıllıq, rahat skamyalar ruhlar oxşayacaq . Daxili ərazi nəqliyyata bağlıdır. Yaşayış kompleksi rezidentlərin xidmətinə 20 lift təqdim olunub.

    Səssiz işləyən liftlə öz mərtəbənə qalxmaq və eyni andaca öz mənzilinə daxil olmaq sadəcə Hayat Palace konseptinin həyata keçirdiyi bir rahatlıqdır. Digər üstünlük isə beşulduzlu otel servisidir. Bakının mərkəzində yerləşən ideal binanı başqa cür təsəvvür etmək mümkün deyil!
    uzor
    H ayat Palace yaşayış kompleksi binasının monumental gözəlliyi palazzo üslubunu xatırladan qızıl çağ memarlığından ilham alır. 5 bloklu 10 mərtəbəli və vahid memarlıq üslubunda layihə edilmiş binaların həm də olduqca möhtəşəm bir həyəti var. Bina cəmi 70 mənzildən ibarətdir. Hər mərtəbədəki mənzilin tavan hündürlüyü 4.2 metrdir.

    İlk iki mərtəbə sosial-məişət məqsədli obyektlər üçün nəzərdə tutulmuşdur. 3-cü mərtəbədən 9-ci mərtəbəyədək 218 dən 548 kvadrat metrlik ümumi sahəsi olan mənzillər yerləşir. 10-cu mərtəbələr ümumi sahəsi 201-438 kvadrat metrə qədər olan 6 metr tavan hündürlüyünə malik olan pentxauslara ayrılmışdır.

    Pentxausun layihə imkanları, doğrudan da, hədsizdir. Mərtəbələrin daxili pilləkən vasitəsilə birləşdirilməsi olduqca eksklüziv və cazibədar bir məkan yaratmış olur. Yaşayış kompleksindəki bütün pəncərələr fransızsayağı eyvanlı və panoramlıdır. Belə pəncərələr yaşayış məkanına daha çox işığın düşməsini təmin edərək, mənzillərin daxili ərazisini zahirən böyüdərək həm də müxtəlif interyer dəyişiklikləri üçün geniş imkanlar açır.

    Mənzillərin sərbəst planlaşdırılması, hündür tavanlar Sizin rahatlığınızı təmin edən bir mühitin yaradılmasına imkan verir. Gələcək rezidentlərin arzusuna uyğun olaraq mənzil və pentxauslar ən tələbkar sifarişçilərin belə zövq və tərz seçimlərini nəzərə alacaq individual dizayn-layihə əsasında təmirdən çıxmış vəziyyətdə sahiblərinə təhvil verilə bilər.
    uzor
    Y aşayış kompleksinin daxili infrastrukturu rezidentlər üçün hərtərəfli düşünülərək, onlara rahat həyat tərzi bəxş etmək və səs-küylü meqapolisdən uzaqlaşaraq, rahatlıq tapmaları üçün şərait yaratmaq məqsədilə düşünülmüşdür . Bütün perimetri üzrə video müşahidəli, qapalı, rahat ərazi 24 saat boyunca mühafizə olunur və giriş-çıxış rejimiylə təmin olunmuşdur. Kompleksin ilk iki mərtəbəsində sosial-məişət obyektləri yerləşir: möhtəşəm resepşen, launj zona, fitnes klub, SPA zonası, uşaq klubu, landşaft dizaynı təbii parka uyğunlaşdırılmış italyansayağı həyətə çıxışı olan “Garden” kafesi. Yaşayış binasının istifadəyə verilməsiylə eyni anda sakinlərin tələbatlarını vaxtında və yüksək səviyyədə qarşılamaq məqsədilə sayı artırılacaq mağazalar. Təhlükəsizliyin bütün aspektləri nəzərə alınan ikimərtəbəli yeraltı parkinq. Parkinqə çıxış lift vasitəsilə istənilən mərtəbədən mümkündür.
    SPA və fitness klubu həm kişi, həm də qadınların məşq edə biləcəyi trenajorlarla təchiz olunmuşdur. Kompleksin qadın və kişi zonasına individual məşqlər üçün zal, trenajor zalı, dəyişmə otaqları, duş otaqları, hamamlar və istirahət zonaları daxildir. Müasir idman avadanlıqları ilə təchiz olunmuş geniş fitness zona yalnız yaşayış kompleksinin rezidentləri üçün açıq olacaqdır.
    Rahat SPA zonasına geniş spektrli sağlamlıq və kosmetoloji prosedurları aparmaq üçün nəzərdə tutulmuş möhtəşəm spa-salon, hidromassaj vannaları, quru və nəm buxarlı hamamlar, trenajor zalı, məşq sinifləri və istirahət zonası daxildir.
    Hovuz özündə sağlamlığı, idmanı, gümrahlığı və sözsüz ki, rahatlıqla gözəlliyi cəmləşdirir. Saf təmiz sulu, 25 metrlik olimpik hovuz texnikanın ən son nailiyyətləriylə hazırlanmış, rezidentlərin yorğunluğunu çıxaracaq, dincəlib- rahatlanacağı bir məkana çevriləcəkdir.
    Layihədə daxili ərazinin yaşıllaşdırılmasına xüsusi əhəmiyyət verilir. İtalyansayağı həyətin dizayn layihəsinə daxil olan dəmir skamyalar, işıq lampaları, yaşıllıq istirahət üçün gözəl şərait yaradır. Bağçada əkilən bitkilər parkın uzun müddət yaşıllıq içində qalmasını təmin etmək məqsədilə xüsusilə seçilmişdir. Daxili əraziyə avtomobillərin girişi qadağandır. Günün qaranlıq vaxtı üçün dekorativ işıqlandırma nəzərdə tutulmuşdur.
    Kompleksin birinci mərtəbəsində «GARDEN» italyan kafesinin açılması nəzərdə tutulub. Bu klub tipli kafe dostlarla rahat şəkildə qəhvə içmək üçün görüş yerinə çevriləcək. “Garden” kafesinin bir üstünlüyü də möhtəşəm italyansayağı həyətə birbaşa çıxışının olmasındadır. Hər səhər yaşayış kompleksinin rezidentləri açıq bufet sistemiylə hazırlanmış səhər yeməyinə dəvət olunacaq. Bazar günü brançı - bütün ailə üzvləri və dostlarla bir yerə toplaşmaq üçün gözəl səbəbdir. Belə görüşlər Hayat Palace rezidentləri üçün uzun illər davam edəcək xoş ənənənin başlanğıcı ola bilər.
    Kompleksin gənc sakinləri üçün hər növ əyləncə və maraqlı məşğuliyyətdən ibarət olacaq uşaq klubunun fəaliyyəti nəzərdə tutulmuşdur.
    b5
    bb3
    b6
    detskisadbla
    b2
    b4