uzor
2 002-ci ildə yaranmış və özünün proqressiv və yenilikçi ideyaları ilə seçilən Yeni Hayat şirkətlər qrupu MMC Azərbaycan inşaat sektorunda, haqlı olaraq, ən uğurlu layihələr arasında yer alır. Şirkət əsas üstünlüyü daşınmaz əmlak alış-verişində müştəriyə tam spektr xidmətlərin təklif edilməsinə verir. Yeni Hayat şirkətlər qrupu MMC yenilikçi texnologiyaların tətbiqi sahəsində qabaqcıl Avropa şirkətləriylə əməkdaşlıq nəticəsində olduqca böyük təcrübə əldə etmişdir.

Yeni Hayat şirkətlər qrupunun həyata keçirdiyi layihələrin əsas meyarları yüksək keyfiyyət və dəqiq mühəndis hesablamalarıdır. Yeni Hayat şirkətlər qrupunun hər bir layihəsində yaşayış üçün rahat və gözəl şərait nəzərdə tutulur.

Bu gün Yeni Hayat şirkətlər qrupunun tikinti işlərinə Yeni Hayat Residence, Yeni Hayat Plaza, Grand Hayat, Azure Kompleksi kimi uğurlu layihələr daxildir.

Şirkətin əsas məqsədlərindən biri şəhərimizin sakinləri üçün yeni həyat səviyyəsini yaratmaqdır. YENİ HAYATın əsas kredosu olan keyfiyyət, dizayn, uğurlu yerləşmə və kompleksləşmə hər bir layihədə öz əksini tapmış olur.
 

 
      +99412 5254500 / 01
      +994 50 5005500
      info@hayatpalace.az
 
L iman şəhəri Bakı Azərbaycanın mədəni, sənaye, siyasi paytaxtıdır. O, Xəzər dənizinin qərbində, zəngin neft yataqlarına sahib olan Abşeron yarımadasının eyniadlı boğazının sahilində yerləşir.

Bakı Avropa ilə Asiyanın qovuşduğu ərazidə yerləşən, dünyanın ən gözəl və qeyri-adi şəhərlərindən biridir. Məhz burda şərqdə ilk olaraq opera səhnəsinin pərdələri açılıb, maarifpərvər şəxslərlə məşhur olan bu şəhərdə ilk dəfə olaraq ilk qəzet çap olunub, ilk kitabxananın açılışı da elə bu gözəl şəhərin adıyla bağlıdır.

Bakı sözü fars dilində “küləkli “mənasını verən ” bad-ı kubə” sözündən yaranıb. Şəhərin görməli yerlərində onun qədim, çoxəsrlik tarixi əks olunur. Digər tərəfdən isə şəhər bu gün sürətlə inkişaf edən və özünün XXI əsrə aid qeyri-adi memarlıq abidələri və göydələnləri ilə işıq saçan bir meqapolisdir.

Demək olar ki, şəhərin mərkəzindəki bütün binalar qədim tarixin şahidləridir. Bu binalar bu gün də qədim daşlarında neft milyonçuları Tağıyevin, Nobel qardaşlarının, Nağıyevin, Əsədullayevin ailə sirlərini gizli saxlayır. Şəhərdəki bütün tarixi abidələr yenidən bərpa olunmuş və dövlət tərəfindən qorunmaqdadır. Bakını Şərqin Parisi də adlandırırlar.

Şəhər arxitekturası tamamilə eklektikdir. Binaların memarlığında klassik, barokko üslubu, ampir, Stalin ampiri, konstruktivizm, modern üslublara rast gələ bilərik. Sahil boyu bir neçə kilometr uzanan dənizkənarı bulvar özünün xiyabanları ilə şəhər sakinlərinin ən sevdiyi istirahət məkanıdır. Müasir bulvarın böyük hissəsi boyu Neftçilər prospekti uzanır.

Bakı özünün cazibədarlığıyla hamını bu şəhərə yenidən qayıtmağa vadar edən gözəllər-gözəli şəhərdir.
baku2
baku1
baku4
baku3
uzor
 
H ayat Palace Bakının ən nüfuzlu və sevilən rayonlarından biri olan İzmir Prospektində, park ərazisinin daxilində, Hyatt Regency Baku beynəlxalq otel şəbəkəsinə aid olan otellə üzbəüz, paytaxtın ticarət mərkəzindən on dəqiqə aralıda, dövlət müəssisələrindən beş dəqiqə uzaqlıqda olan bir məkanda yerləşir. Əlverişli yerləşmə, rahat nəqliyyat imkanları, müxtəlif və zəngin infrastruktur yaxınlığı Hayat Palace yaşayış kompleksini komfortlu və aktiv həyat şəraiti üçün olduqca ideal məkana çevirir.